Kiyev-Bakı təyyarə reysi ləngiyib
23 mart 2013 18:16 (UTC +04:00)

Kiyev-Bakı təyyarə reysi ləngiyib

Ukraynanın paytaxtı Kiyevdə havanın kəskin pisləşməsi və güclü qar yağması təyyarə reyslərinin təxirə salınmasına və ləngiməsinə səbəb olub. Kəskin hava şəraiti Bakıya uçan təyyarələrin hərəkət qrafikinə də təsir göstərib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə,  «Azərbaycan Hava Yolları»nın «A320-200» reysi ilə hərəkət edən təyyarəsi qarlı və çovğunlu hava səbəbindən Kiyevdən yola düşə bilməyib. Yerli vaxtla saat 14.10-da yola düşməli və 17.15-də Bakıya çatmalı olan təyyarə hələ də Kiyevin «Borispol» hava limanındadır.

 

Azərbaycanı Ukrayna ilə birləşdirən dəmiryolu əlaqəsi - Bakı-Xarkov-Bakı qatarının qrafikində isə dəyişiklik baş verməyib.

 

«Azərbaycan Dəmir Yolları» QSC-dən "APA-Economics"ə verilən məlumata görə, Xarkovdan Bakıya istiqamətlənən qatar qrafikə uyğun hərəkət edir və sabah Bakıda olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Oxşar yazılar