İmişlidə yol qəzası : ölən var
10 aprel 2013 21:35 (UTC +04:00)

İmişlidə yol qəzası : ölən var

İmişlidə avtomobil piyadanı vurub, nəticədə piyada ölüb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən verilən məlumata görə, İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 10.00 radələrində Saatlı-İmişli avtomobil yolunun 1-ci kilometrliyində  qeydə alınıb. Füzuli rayon sakini Hüseynov Anar idarə etdiyi “Mersedes” markalı 10 XN 256 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Qaralar kənd sakini 15 yaşlı Həsənova Gülnarə Nəzər qızını vurub. Yaralı müxtəlif  dərəcəli bədən xəsarətləri ilə  İmişli rayon mərkəzi xəstəxanasına  çatdırılıb. Həkimlərin səyinə baxmayaraq  yaralanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar