Aprelin 9-na keçən gecə Sabirabad rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, elektrik yarımstansiyasında rayon sakini Elnur Xəlilovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Oxşar hadisə Salyan rayonunda da qeydə alınıb. Qarabağlı kənd sakini Fərhad Vəliyevə məxsus tikintidə işləyən kənd sakini Elxan Hacıyevi elektrik cərəyanı vurub. O hadisə yerindəcə keçinib.