<b>Hacıqabulda qəza: 5 yaralı</b> - <span style="color:red;">YENİLƏNİB
06 may 2018 21:55 (UTC +04:00)

Hacıqabulda qəza: 5 yaralı - YENİLƏNİB

Hacıqabuld baş verən ağır qəza nəticəsində xəsarət alan 5 nəfərin kimliyi bəlli olub.  APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bakl-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı 99 GP 393 dövlət nömrə nişanlı avtomobillə "Niva" markalı 40 BF 306 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə  "Mercedes"  yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər - Bakı sakinləri, 1953-cü il təvəllüdlü Qasımova Rəhilə Məmməd qızı (reanimasiya),  1962-ci il təvəllüdlü İsmayılov Hətəm Kazım oğlu, 1962-ci il təvəllüdlü Mirzəyev Vidadi Əyyub oğlu, 1985-ci il təvəllüdlü Aslanov Amid Aslan oğlu və Quba sakini, 1977-ci il Cəlilov Hafiz Sabir oğlu xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. 

 

**** 20.35

 

Bakl-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "Niva" markalı avtomobillər toqquşub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nəticədə  "Mersedes"  yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

 

Hadisənin təfərrüatları müəyyənləşdirilir. 

# 231
avatar

Oxşar yazılar