Hacı Mazan yenidən əməliyyat olundu, vəziyyəti... - AÇIQLAMA
0
0
Bir neçə gün əvvəl yol qəzasına düşən iş adamı Hacı Ramazan Zeynalov (Hacı Mazan) başqa xəstəxanaya köçürülüb.
Bu barədə Lent.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova məlumat verib. O bildirib ki, iş adamı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb:
“Dünən axşam Ramazan Zeynalovu klinikanın Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli əməliyyat edib. Hazırda vəziyyəti stabildir və müalicəsi davam etdirilir”
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”ində qəzaya uğrayıb.
Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
0
0