APA-nın Səbail Rayon Məhkəməsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, G. Əhmədova ilə bağlı proses hakim Elnur Həsənovun sədrliyi ilə keçirilir. Prosesdə G. Əhmədova və vəkili Eldar Qasımi iştirak edir.
Hazırda G. Əhmədovanın ailə üzvləri, o cümlədən qardaşı İlqar Mikayıloğlu da məhkəmənin qarşısındadırlar. Vəkil E. Qasımi APA-ya bildirib ki, proses davam edir.
Bakı Şəhər Prokurorluğundakı etibarlı mənbə xəbəri APA-ya bildirib ki, Bakı Şəhər Prokurorluğu G. Əhmədova barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə təqdimat verib.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.
Fakt üzrə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. G. Əhmədova cinayət işində təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
***
saat 19.30
Bakı. Hafiz Heydərov - APA. Keçmiş millət vəkili Gülər Əhmədova həbs olunub.
APA-nın məlumatına görə, bu gün Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
G. Əhmədovanın qardaşı İlqar Mikayıloğlu APA-ya məlumatı nə təsdiq, nə də təkzib edib.