FHN və DIN "Kompleks təhlükəsizlik-2013" sərgisinə dəvət olunub
10 aprel 2013 11:55 (UTC +04:00)

FHN və DIN "Kompleks təhlükəsizlik-2013" sərgisinə dəvət olunub

 

Azərbaycanın Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri may ayında Moskvada keçiriləcək «Kompleks təhlükəsizlik-2013» sərgisinə dəvət olunub.

 

Bu barədə APA sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

 

 

Mayın 21-dən 24-dək Moskvada, Rusiya Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçiriləcək sərgi çərçivəsində bir sıra elmi forumlar və konfranslar təşkil olunacaq.

 

Sərgidə yanğın təhlükəsizliyi, robot texnikaları, avtomatlaşdırılmış idarəetmə, informasiya və rabitə kompleksləri, yanğın mühafizə və xəbərdarlıq sistemləri, xilasetmə - evakuasiya, mühafizə texnikaları, mühəndis-texniki mühafizə vasitələri, terrorizmlə mübarizədə tətbiq olunan texniki vasitələr, kəşfiyyat, tibb sistemləri, müxtəlif metal detektorları, termal sistemlər, mühəndis maşınları, ətraf mühiti mühafizə sistemləri və s. nümayiş olunacaq.

 

Bundan başqa, tədbirdə güc strukturları üçün nəzərdə tutulan mühafizə vasitələri, zirehli maşınlar, aviasiya və havadan müdafiə texnikaları, dəniz sistemləri, atıcı silahlar və döyüş sursatları, desant və poliqon avadanlıqları, sərhəd mühafizə sistemləri də sərgilənəcək.

 

Sərgidə MDB və digər ölkələrdən müxtəlif güc strukturlarının və xilasetmə orqanlarının rəhbərlərinin ziyarətçi qismində iştirakı planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar