Reanimasiyaya düşən Ənvər Seyidovdan <span style="color:red;">YENİ XƏBƏR  - <span style="color:red;">YENİLƏNİB
23 dekabr 2016 11:08 (UTC +04:00)

Reanimasiyaya düşən Ənvər Seyidovdan YENİ XƏBƏR - YENİLƏNİB

Hakim Ənvər Seyidov məzuniyyətdə olmasına baxmayaraq, onun icraatında olan proseslər davam edir. Lent.az-ın məhkəmə müxbirinin verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Seyidovun icraatında olan 3 proses təxirə düşüb. Təqsirləndirilən şəxslər İsmayılov İlham (178-ci maddə), Salmanov Aqsin (234-ci maddə), Hacıyev Namiq (178-ci maddə) məhkəməyə gətiriliblər. Onların hər üçü hazırda həbsdədir və bu şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinə cəzaçəkmə müəssisəsindən gətiriliblər.

 

Xatırladaq ki, cəzaçəkmə müəssisəsindən məhbusu məhkəməyə çıxarmaq üçün bir gün əvvəlcədən bildiriş göndərilir. Maraqlıdır ki, Ə.Seyidovun məzuniyyətdə olduğu vaxtda belə bu göndərişlər yollanır. 

 

10:22

 

Bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov evə buraxılıb. Bu barədə Lent.az-a xəstəxananın baş direktoru, Ə.Seyidovun bacısı Leyla Seyidbəyli məlumat verib.

 

O bildirib ki, Ənvər Seyidov bir neçə gün əvvəl evə buraxılıb və hələlik işə çıxmır: "Ənvər müəllim hazırda məzuniyyətdədir və məzuniyyət müddəti başa çatandan sonra işə çıxacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Nizam Rza

Oxşar yazılar