Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Polisinin Cəza və İslah-Əmək Müəssisələri üzrə Baş İdarəsinin rəisi general Məhəmməd Həmid Əl-Suveydi ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Dubay həbsxanaları və burada məhbuslar üçün yaradılmış şərait haqqında fikir mübadiləsi aparılıb.