Dövlət qurumlarında 10 milyon manatlıq yeyinti aşkarlandı
22 iyul 2015 15:30 (UTC +04:00)

Dövlət qurumlarında 10 milyon manatlıq yeyinti aşkarlandı

 

Hesablama Palatasının 2015-ci ilin 6 ayı ərzində kənar dövlət maliyyə nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb.

 

APA-nın məlumatına görə, bu ilin 6 ayı ərzində 107 Kollegiya qərarı qəbul edilib ki, onlardan 60-ı cari ilin İş planı əsasında həyata keçirilən nəzarət tədbirlərinin proqramları, 43-ü isə nəticələri ilə bağlı olub.

 

Nəticələri ilə bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat göndərilib. Həmin təqdimatların 34%-ni yerli icra hakimiyyəti orqanlarına aid olub. Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1 milyon 564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib ki, bu da ötən il üzrə müvafiq göstəricidən 5,2% çoxdur. 

 

Qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa edilmiş pul vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əmək haqqı xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olub.

 

Əmək haqqı xərclərinin ödənişi ilə bağlı nöqsanlar əmək haqlarının hesablanması və ödənilməsi zamanı artıq ödəmələrin, vakant ştatlar hesabına qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin, nəzərdə tutulmadığı halda artıq əlavələrin, maddi yardım və mükafatların verilməsi ilə bağlı olub. Təmir-tikinti xərclərinə ayrılan vəsaitlərin istifadəsi zamanı görülmüş işlərin faktiki başa çatmamış təsdiq edilməsi, layihə-smeta sənədlərində nəzərdə tutulan inventar və avadanlıqların tam təhvil verilməməsi, tikinti obyektlərinin təhvil verilməsi müddətinə əməl olunmaması kimi xarakterik nöqsanlara yol verilib. Hesabat dövründə təhvil verilməmiş 1 mln. 309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib. Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.

 

Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçilir. 2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 mln. manat təşkil edib. Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib. Bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan  iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olmuş, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, birmənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkarlanıb.

 

Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunub, bəzi hallarda hətta zəmanət müddəti bitmiş  debitor borcların mövcud olması aşkarlanıb ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olub. Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03