Azərbaycanda daha bir doğuş faciəsi:<span style="color:red;"> ana və körpəsi öldü
25 noyabr 2014 11:04 (UTC +04:00)

Azərbaycanda daha bir doğuş faciəsi: ana və körpəsi öldü

Ötən gün axşam saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ana və körpəsi doğuş vaxtı ölüb.

 

Lent.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş vaxtı dünyasını dəyişib.

 

Həkimlərin səyinə baxmayaraq körpənin də həyatını xilas etmək olmayıb. Onu təcili olaraq Bakıya aparsalar da, körpə yolda keçinib.

Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildiriblər. 

“Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər”-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.

Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub. Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisədə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3139

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25