Ağcabədidə 4 yaşlı qızın əli ətçəkən maşında qalıb - YENİLƏNİB
12 aprel 2013 01:06 (UTC +04:00)

Ağcabədidə 4 yaşlı qızın əli ətçəkən maşında qalıb - YENİLƏNİB

0

Ağcabədi rayonunda dörd yaşlı uşağın əli ətçəkən maşında qalıb. APA-nın verdiyi xəbərə görə, Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 4 yaşlı Əliyeva Cəmilə Məzahir qızının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib.  FHN-nin Qarabağ Regional Mərkəzinə məlumat daxil olduqda dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb. Diqqətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində uşağın 4 barmağı ciddi xəsarətlər alıb və vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxənalarından birinə göndərilib.   

 

***

00.26

Ağcabədi rayonunda bir yaşlı uşağın əli ətçəkən maşında qalıb. APA-nın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Qarabağ Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunda 1 nəfər azyaşlı uşağın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1523

Oxşar yazılar