Bir həftənin əsgəri faciəli şəkildə öldü
12 aprel 2013 10:52 (UTC +04:00)

Bir həftənin əsgəri faciəli şəkildə öldü

Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsində faciəvi hadisə baş verib. Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, aprelin 3-də Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan gənc əsgər, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sərvan oğlu saat 15 radələrində özünü kazarmanın 3-cü mərtəbəsindən atıb. 18 yaşlı gənc əsgər hospitalda dünyasını dəyişib.

 

Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova Lent.az-a faktı təsdiqləyib. O bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5095
avatar

Nizam Rza

Oxşar yazılar