Beyləqanda dəmiryol körpüsü uçub
11 aprel 2013 21:18 (UTC +04:00)

Beyləqanda dəmiryol körpüsü uçub

0

 

 Bakı-Horadiz dəmiryol xəttinin Beyləqan rayonu İmamverdililər kəndindən keçən hissəsində 1952-ci ildə tikilən körpü uçub.


Bu barədə APA-nın Mil-Muğan bürosuna Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədovun bildirdiyinə görə, hadisə aprelin 10-da, gecə  saat 20.00 radələrində baş verib. Yolun sıradan çıxan   hissəsi  Bakı-Horadiz  dəmir yolu  xəttinin 143 kilometrliyində baş verib.

 

Körpünün uçmasına səbəb yolun altından keçən suvarma  kanalıdan su sərfinin artması olub. Nəticədə sürətlə axan su yolu uçuraraq sıradan çıxarıb.

 

Qəza ilə əlaqədar Bakı-Horadiz istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Horadiz  istiqamətində hərəkətdə olan qatar İmişli vağzalında, Bakı istiqamətində hərəkətdə olan qatar isə Daşburunda saxlanılıb. Sərnişinlər mənzil başına avtobus vasitəsi ilə çatdırılıb. Hazırda əraziyə İnfrastruktur Departamentinin işçiləri, İmişli rayon Fövqaladə Hallar  Qatarı və yol təsərrüfatı işçiləri cəlb edilib. Uçqun baş verən ərazidə beton daşlar təmizlənib, iki ədəd  böyük diametrli  su ötürücülər yerləşdiriləcək.  

Mətbuat xidmətindən verilən məlumata görə, bu gün xətt təmir olunaraq  qatarların hərəkəti  bərpa ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1006

Oxşar yazılar