Baş Prokurorluq Yaşar Cəfərlinin məsələsini xüsusi nəzarətə götürüb
08 aprel 2013 15:52 (UTC +04:00)

Baş Prokurorluq Yaşar Cəfərlinin məsələsini xüsusi nəzarətə götürüb

0

 

Baş Prokurorluq “Ehtiyatda və istefada olan zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərlinin döyülərək xəsarət alması ilə bağlı məsələyə münasibət bildirib.


 

Bu barədə APA-nın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qeyd edib ki, aprelin 2-də Bakı şəhər sakini Yaşar Cəfərlinin yaşadığı evin qarşısında aralarında yaranmış mübahisə zəminində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu Elxan Hüseynov tərəfindən döyülərək xəsarət almasına dair Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib.

 

Qeyd edilən material üzrə araşdırma Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

 

Qeyd edək ki, Y. Cəfərli aprelin 2-də saat 21.30 radələrində Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yaşadığım binanın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Y. Cəfərli qonşularının köməkliyi ilə ona hücum edənlərdən birini zərərsizləşdirərək polisə təhvil verib. Faktla bağlı ilk olaraq Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi tərəfindən təhqiqat aparılıb və iş daha sonra rayon prokurorluğuna təqdim edilib. Rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı hadisəni törədən şəxsin hərbçi olduğu müəyyənləşib və iş araşdırılması üçün Baş Prokurorluğa göndərilib.

 

Y. Cəfərli hadisə ilə bağlı baş prokuror Zakir Qaralova ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs kimi ona cinayət işinin gedişi barədə məlumat verilməsini xahiş edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 897

Oxşar yazılar