Bakıda türkiyəlilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib - <span style="color:red;">ƏMƏLİYYAT  - <span style="color:red;">YENİLƏNİB
11 aprel 2014 16:30 (UTC +04:00)

Bakıda türkiyəlilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib - ƏMƏLİYYAT - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Çalı Quşu” kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib. Məlum olub ki, Türkiyə Respublikasının vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib.

 

Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar.

Əməliyyatçılar ərazidəki “Parpali” kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar. Araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı, Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər.

 

Faktlarla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq araşdırmaları davam etdirilir.

# 4365
avatar

Nizam Rza

Oxşar yazılar