Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
*****
15.19
Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “7 Gözəl” restoranı ilə üzbəüz ərazidə yerləşən cərimə meydançasında istifadəyə yararsız 15 maşın tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerində xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.