Bakıda özündən 18 yaş kiçik tanışını öldürən şəxs<span style="color:red;"> MƏHKƏMƏ QARŞISINDA
03 fevral 2015 17:48 (UTC +04:00)

Bakıda özündən 18 yaş kiçik tanışını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Əliş Abdullayevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı fevralın 17-nə təyin edilib.
 

Qeyd edək ki, qətl hadisəsi ötən il Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.  Bakı şəhər sakini, 45 yaşlı Əliş Abdullayev tanışı, 27 yaşlı Elməddin Əliyevi bıçaqlayıb. Yaralı döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxayaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən Əliş Abdullayev saxlanılıb.
Əliş Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Səlcuq Elçin

Oxşar yazılar