Fevralın 12-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində 1950-ci il təvəllüdlü Abdullayev Lətif İzzət oğlunun idarə etdiyi “London Taxi TX4” markalı, 90 AT 653 nömrə nişanlı avtomobil 1979-cu il təvəllüdlü Məmmədov Teymur Yolçu oğlunun idarə etdiyi “Niva” ilə toqquşub. Nəticədə “Niva”da olan şəxslər ağır xəsarət alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı sərnişinlərdən Sevinc adlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisəni törədən L.Abdullayev qəzadan sonra idarə etdiyi London taksisi ilə ərazidən uzaqlaşıb. Lakin çox keçmədən sürücü və avtomobili müəyyən edilib.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar aparılır.