Bakıda işçi müdirin 70 min dollarını necə oğurladı? -<span style="color:red;"> PLANIN DETALLARI
08 iyun 2018 12:32 (UTC +04:00)

Bakıda işçi müdirin 70 min dollarını necə oğurladı? - PLANIN DETALLARI

Bakıda mənzildən külli miqdarda pul oğurlanması hadisəsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, evindən 70 min dollar oğurlanan Şamil Şirinov biznesmendir. Oğurluğu təşkil edən Elgün Yusifov isə Şamil Şirinovun işçisi olub.

 

Belə ki, bir neçə gün əvvəl Elgün Yusifov müdirində külli miqdarda pul olduğunu və həmin vəsaiti evinə qoyduğunu bilib. O, dərhal qayını Elşad Namazova bu barədə məlumat verib və cinayət planı hazırlanıb. Onlar evə girmək üçün Kəlbəcər sakini Röyal Sabirli ilə razılaşıblar.

 

Şamil Şirinovun evinə də sövdələşmə üzrə Röyal girib və o, götürdüyü pulu işi təşkil edənlərlə birgə bölüb.

 

Dəstə üzvləri pulun bir hissəsini xərcləsə də, böyük qismi əməliyyatçılar tərəfindən aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

*****

 

11:22

 

Bakıda külli miqdarda pul oğurlamış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri -  Elgün Yusifov, Elşad Nazmazov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub. Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

 

Faktla bağlı  Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbriləri və istintaq hərəkətləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar