Bakıda doğuş faciəsi:<span style="color:red;"> 2 qadın öldü
05 yanvar 2016 15:46 (UTC +04:00)

Bakıda doğuş faciəsi: 2 qadın öldü

Bakıda 2 qadın doğuş vaxtı dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində Bakı Sağlamlıq Mərkəzində təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşib. Həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

 

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında da baş verib. Reanimasiya şöbəsində 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəıriyyə əməliyyatı zamanı vəfat edib.

 

Belə ki, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar