Bakıda binanın eyvanı uçub
20 dekabr 2015 16:16 (UTC +04:00)

Bakıda binanın eyvanı uçub

Bakıda binalardan birinin eyvanı uçub. Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu Mayakovski küçəsində (Montin bazarının yazınlığında) baş verib. Fransız layihəli 4 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanı gecə saatlarında uçub. Nəticədə çökən eyvan ikinci mərtəbədəki eyvanı da zədələyərək yola düşüb. Eyvanın beton konstruksiyaları və oradakı şkaf küçəyə dağılıb. 

 

Hadisə gecə saatlarında baş verdiyindən xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Qeyd edək ki, hadisənin baş verdiyi bina 50 ildən artıqdır ki tikilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar