Bakıda avtomobil piyada keçidinə çırpıldı: <span style="color:red;">ölən və yaralananlar var  - YENİLƏNİB
05 fevral 2018 11:43 (UTC +04:00)

Bakıda avtomobil piyada keçidinə çırpıldı: ölən və yaralananlar var - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 3-də saat 8 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Fəxri Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobili maneəyə vurub. Nəticədə onun sərnişinlərindən - Türkiyə vətəndaşı Murat Yıldırım hadisə yerində ölüb, digər sərnişinləri - paytaxt sakinləri olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

 

*****

 

4 fevral

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Suraxanı rayonu ərazisində "Mercedes" markalı, 90 XG 142 dövlət qeydiyyat nişanlı minik avtomobili yerüstü piyada keçidinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən 30 yaşlı kişi hadisə yerində vəfat edib. Daha 2 kişi və bir qadın isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Nizam Rza

Oxşar yazılar