Bakıda avtobusda baş vermiş yanğınla bağlı <span style="color:red;">AÇIQLAMA
31 avqust 2015 10:12 (UTC +04:00)

Bakıda avtobusda baş vermiş yanğınla bağlı AÇIQLAMA

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda avtobusda baş verən yanğınla bağlı məlumat yayıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, dünən saat 14:35 radələrində Olimpiya Stadiounun yaxınlığındakı magistral yolda “Transqeyt” şirkətinə məxsus 100 nömrəli marşrut avtobusda yanğın baş verib. Yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub: “Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan yoxdur. Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri hadisə yerindədirlər və faktla bağlı araşdırma aparılır”.

 

 

Açıqlamada bildirilir ki, baş vermiş hadisəyə görə “Transqeyt” şirkəti cavabdehlik daşıyır və araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar