Bakıda <span style="color:red;">DƏHŞƏT : qardaş bacısını öldürdü - YENİLƏNİB
13 iyul 2018 11:02 (UTC +04:00)

Bakıda DƏHŞƏT: qardaş bacısını öldürdü - YENİLƏNİB

 

Bakıda qətl törədilib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini Sayid Abas oğlu Bayramov bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı bıçaqlayaraq öldürüb. S. Bayramov hadisəni törətdikdən sonra qaçıb.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

 

X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.  

     

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

APA Baycan

Oxşar yazılar