Bakıda 23 və 21 yaşlı iki oğlan intihar edib
08 aprel 2013 10:33 (UTC +04:00)

Bakıda 23 və 21 yaşlı iki oğlan intihar edib

 

 

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, T.Abbasov küçəsi ev 37a, mənzil 49 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Babayev Balaxan Nadir oğlu özünü asıb. 23 yaşlı oğlanın asılı vəziyyətdə qalmış meyitini yaxınların mənzilin damında aşkarlayıblar.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

 

 

 

Daha bir intihar hadisəsi aprelin 6-da saat 22 radələrində Yasamal rayonu ərazisindı qeydə alınıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ş.Mehdiyev küçəsi, mənzil 63-də yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Babək Ağadədə oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (öznü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1928
avatar

Nizam Rza

Oxşar yazılar