Fevralın 12-də Bakı şəhərinin Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsindən 1981-ci il təvəllüdlü Almazov Malik Əmrağa oğlu daxilə nüfuz etmiş bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralı ilkin ifadəsində bildirib ki, özü-özünü bıçaqlayıb.
Faktla əlaqədar zəruri əməliyyat materialları toplanılır, araşdırmalar aparılır.