Azərbaycanda korrupsiya cinayətlərinə görə 7 vəzifəli şəxs axtarışdadır. Lent.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.
K.Əliyev həmin şəxslərin adlarını sadalamaqdan imtina etsə də, onların artıq vəzifə başında olmadığını bildirib.