Azərbaycanda bu gün
10 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

 

1920. Azərbaycanın Tehrandakı Səfiri Adil Xan Ziyadxanov xarici işlər nazirliyinə tarixi əhəmiyyətə malik teleqram göndərib. Teleqramda deyilir: “Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir... Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm....Təcili tədbirlər görülməlidir”. (Naxçıvan əhalisi buradakı vəziyyət barədə məlumatları həmin diplomatik missiyalarımıza çatdırırdılar)

 

1922. Genuya Konfransı başlayıb. Nərimanov Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib

 

1925. III Zaqafqaziya sovetlər qurultayı başlayıb

 

1938. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov anadan olub

 

1992. Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub

 

1992. Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb

 

1996. Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

 

1998. “Tarixi və mədəni abidələrin qorunması haqqında” Qanun qəbul edilib

 

2002. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında Protokol imzalanıb

 

2008. Azərbaycan Respublikası Prezidenti “Avropada Təhsil alan Azərbaycanlı Tələbələr Forumuna (FASE) maliyyə yardımının ayrılması” haqqında sərəncam imzalayıb

 

2012. Bakıda beynəlxalq neft-qaz və neft-kimya forumu işinə başlayıb... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar