<b>Azərbaycanda 4 nəfər öldürülüb<span style="color:red;"> - BİR GÜNDƏ </b>
15 dekabr 2016 12:12 (UTC +04:00)

Azərbaycanda 4 nəfər öldürülüb - BİR GÜNDƏ

Dünən Azərbaycanda 4 nəfər öldürülüb. Lent.az xəbər verir ki, qətl hadisələri ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, dekabrın 14-də Şəmkir şəhəri ərazisində şəhər sakini Rəhim Ağayev münaqişə zəminində həmyerlisi Süleyman Quliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş S.Quliyev ölüb. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev tutulub.

 

Digər qətl hadisəsi Nəsimi rayonu ərazisində baş verib. naməlum şəxs Bakı şəhər sakini Əliəkbər Muxtarovu bıçaqla qətlə yetirib. Hadisəni törətmiş İmişli rayon sakini Mirismayıl Seyidov Nəsimi RPİ 19-cu PB-yə gələrək təslim olub.

 

Bundan başqa, dekabrın 14-də Kürdəmir rayonu Sovla kəndinin otlaq sahəsində kənd sakinləri Anar Kərimov və Saleh Tağıyev qoyun otararkən S.Tağıyev ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə A.Kərimova xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Kərimov orada ölüb. Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Tağıyev tutulub, ondan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Sonuncu qətl Sabunçuda qeydə alınıb. Qəsəbə sakini Ramiz İbrahimov həyat yoldaşı Səmayə Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb.

 

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

 

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar