Azərbaycan Rusiyadan döyüş maşınları ala bilər
25 sentyabr 2013 16:23 (UTC +04:00)

Azərbaycan Rusiyadan döyüş maşınları ala bilər

Azərbaycan Rusiya istehsalı olan modernləşdirilmiş desantın döyüş maşınlarına maraq göstərir.


 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Azərbaycan tərəfi bu tip yeni döyüş maşınları əldə etmək niyyətində olduğunu açıqlayıb və hazırda bu istiqamətdə Rusiyanın müvafiq qurumları ilə görüşmələr davam edir.

 

Bu gün Nijni-Tagil şəhərində Azərbaycan nümayəndələri Rusiyanın yeni desant döyüş maşınlarının imkanlarını izləyiblər. Çöl şəraitində keçirilən nümayişdə döyüş maşınları müxtəlif manevrləri yerinə yetirib və döyüş atışları gerçəkləşdirib. 

 

# 807
avatar

Oxşar yazılar