3 dostun bir gündə ölümünün <span style="color:red;">TƏFƏRRÜATI  - <span style="color:red;">YENİLƏNİB
05 oktyabr 2015 11:33 (UTC +04:00)

3 dostun bir gündə ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB

Oktyabrın 4-də axşam saatlarında Göygöl rayonunda baş vermiş dəhşətli yol qəzasının təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, axşam saatlarında toy məclisindən çıxan 1981-ci il təvəllüdlü Xanlar Nəsibov yaxın dostu və sinif yoldaşı olan Rəşadət Nəsibov və Pərviz Teymurovla rayon mərkəzinə bitişik Çay sahili adlanan yerə yollanıb. X.Nəsibov həmin yerdə yaşayan bir nəfərdən pul alacağını bildirib və dostlarının onunla gəlməsini xahiş edib.

 

Yağışlı havada bir qədər yol getdikdən sonra X.Nəsibovun idarə etdiyi "VAZ 21099" markalı avtomobil sürüşüb və yolun kənarındakı arxa düşüb. Bunu ilk olaraq yaxınlıqda dayanmış çobanın oğlu görüb və dərhal polisə məlumat verib. Lakin kömək gəlib çatınca 3 dostun su dolmuş avtomobildə boğularaq öldüyü məlum olub. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

*****

 

10:03

 

Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

 

 “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb.

 

Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.

 

Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.

 

Avtomobildə ölənlərin şəxsiyyəti məlum olub.

 

Ölənlər sürücü, rayonun Mollacəlil kənd sakini, 1981-ci il təvəllüdlü Xanlar Nəsibov, onun həmkəndliləri və həmyaşıdları - sərnişinlər Rəşadət Nəsibov və Pərviz Teymurovdur.

 

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Nizam Rza

Oxşar yazılar