Avtomobil ağaca çırpılıb, sürücü ağır yaralanıb
11 aprel 2013 22:32 (UTC +04:00)

Avtomobil ağaca çırpılıb, sürücü ağır yaralanıb

 Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Zaqatala-Muganli yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Zaqatala rayonu Yuxarı Tala kənd sakini Mollayev Nurullah Mahmud oğlu idarə etdiyi VAZ-21074 markalı, 90 GC 366 nişan dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında ağaca çırpıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Nurullah Mollayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Hazırda N. Mollayevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Fakla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

Oxşar yazılar