Adam oğurlayıb qaçmışdı: yenidən ev yardı - YAXALANDI
05 sentyabr 2019 12:44 (UTC +04:00)

Adam oğurlayıb qaçmışdı: yenidən ev yardı - YAXALANDI

Nizami rayonunda evdən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları baş verən oğurluq hadisəsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə oğurluqda şübhəli şəxs kimi bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb. Lent.az xəbər verir ki, şübhəlinin evlərdən birindən 7000 ABŞ dolları və 15 min manta dəyərində qızıl-zinət əşyaları oğurladığı bildirilir.

Həmçinin, aparılan araşdırmalar nəticəsində saxlanılan şəxsin Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə də axtarışda olduğu müəyyən edilib.

Mehman Nəbiyev

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar