Aprelin 7-də saat 19.00 radələrində Abşeron rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnnə yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Kənan İbrahimov idarə etdiyi "Opel" markalı avtomaşınla yolu keçən Sumqayıt şəhər sakinləri Xalidə İbayevanı, onun qızları Cəsmin və Fəridəni vurub.
Nəticədə X.İbayeva və qızları xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.