"Mercedes" ağaca çırpıldı, iki nəfər xəstəxanalıq oldu
20 aprel 2016 07:32 (UTC +04:00)

"Mercedes" ağaca çırpıldı, iki nəfər xəstəxanalıq oldu

Gəncə-Şəmkir avtomobil yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Samux rayon sakini, 1988-ci il təvəllüdlü İrxan Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü və Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Yasin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar