Sürücülərin nəzərinə: sabah səhərdən bu yol bağlı olacaq
0
0
Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq. Bu barədə Lent.az-a “Azəravtoyol” ASC-dən bildirilib.
Məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.
0
0