<span style="color:red;">NABRANDA DƏHŞƏT:  Bir ailədən 4 nəfər öldü - YENİLƏNİB
25 iyul 2018 18:42 (UTC +04:00)

NABRANDA DƏHŞƏT: Bir ailədən 4 nəfər öldü - YENİLƏNİB

 

Nabranda dənizdə batan bir ailənin 4 üzvünün adları açıqlanıb.

 

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub. Qocayeva Aysel Əfqan qızının cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun cəsədləri vətəndaşlar tərəfindən sudan çıxarılıb. 

 

 

 

***

 

17:35

 

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

APA Baycan

Oxşar yazılar