<span style="color:red;">FACİƏ:  minik avtomobili “KamAZ”la toqquşdu, bir ailənin 3 üzvü öldü
21 sentyabr 2015 10:32 (UTC +04:00)

FACİƏ: minik avtomobili “KamAZ”la toqquşdu, bir ailənin 3 üzvü öldü

 

Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bas Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən ölüblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvləridir.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar