Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı
01 sentyabr 2019 12:26 (UTC +04:00)

Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.
 
Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.
 
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar