<b>Univeristetə tələbə düzəldən qadına </b><b>8 İL 6 AY HƏBS</b>
26 aprel 2016 16:10 (UTC +04:00)

Univeristetə tələbə düzəldən qadına 8 İL 6 AY HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Lent.az-ın məlumnatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən N.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Məmmədova ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib.  O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb, ondan 23 min manat pul almaqda ittiham edilib.

N.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan N.Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi xaric edilib. N.Məmmədova məhkəmə zalındaca həbs edilib. Onun işinə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Səlcuq Elçin

Oxşar yazılar