[b]Qubanın 80 yaşlı sakini yolun açılışında çıxışı zamanı öldü [/b]
26 sentyabr 2014 04:23 (UTC +04:00)

[b]Qubanın 80 yaşlı sakini yolun açılışında çıxışı zamanı öldü [/b]

Quba-Küpçal yolunun açılışı iki hadisə ilə yadda qalıb. Lent.az-ın ANS-ə istinadən verdiyi xəbərə görə, Quba-Küpçal yolunun açılışında uzunömürlü olmasından həvəslə danışan rayonun Küpçalqışlaq kənd sakini, 80 yaşlı Həmid Rizvanovun az sonra elə burdaca əbədiyyətə qovuşması mərasimə kədər qatdı. Çıxışı zamanı sevincini gizlətməyən, hamını təbrik edən ağsaqqalın ürəyi tutaraq yıxıldı. Rayonun baş həkimi tibbi yardım göstərməyə çalışsa da, onun həyatını xilas etmək mümkün olmadı.
 
Yeni yoldan keçmək ağsaqqala qismət olmasa da, yerli sakinlər artıq əvvəlki əziyyətlərə qatlaşmalı olmayacaq. Ölkə başçısının ayırdığı vəsait hesabına çəkilən müasir yol 7 kəndi birləşdirir. Əvvəllər yolsuzluqdan əziyyət çəkən sakinlər indi ürəkli danışır.
 
Yeni yoldan ilk keçən isə toy karvanı oldu. Dağlı kənd sakinlərinin toyu həm də yeni yolun açılışıyla yadda qaldı.
 
Təzə ailə quranlara xüsusi hədiyyə də təqdim edildikdən sonra maşın karvanı yoldan keçdi. Rayon rəsmiləri digər bərbad yolların da yenidənqurulması istiqamətində işlərin aparıldığını bildirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25