<b>Şimal bölgəsində yanğının söndürülməsinə iki helikopter cəlb olundu</b> - <span style="color:red;">YENİLƏNİB
28 iyul 2018 17:10 (UTC +04:00)

Şimal bölgəsində yanğının söndürülməsinə iki helikopter cəlb olundu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov kəndləri, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub. 

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. 

 

 

İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb. 

 

 

Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.

 

***

 

 

16:21

 

 

İyulun 28-də saat 14.00-da Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığındakı biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçib.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbəbə görə, yanğının söndürülməsinə dərhal ETSN əməkdaşları  və FHN-nin yerli qüvvələri cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

 

 

***

 

 

16:03

 

Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.

 

Qonaqkənd İnzibati Ərazi Vahidliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.

Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

 

Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

 

Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

APA Baycan

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28