<b>Gəlinini xəyanətə görə öldürən qayınatanın <span style="color:red;">CƏZASI BİLİNDİ </b>
25 iyul 2018 13:04 (UTC +04:00)

Gəlinini xəyanətə görə öldürən qayınatanın CƏZASI BİLİNDİ

Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Seyidmalik Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.  

 

Qeyd edək ki, prokuror çıxışında Seyidmalik Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Xatırladaq ki, Seyidmalik Məmmədov özünü təqsirli bilib. Məhkəmədə sərbəst ifadə verən 60 yaşlı kişi bildirib ki, istintaqda nə yazılıbsa, düzdür: "Qızı başqası ilə tutdum və öldürdüm. Cinayəti namus üstündə törətmişəm".

 

Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlini Aysel Məmmədovanı qətlə yetirib. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.

 

S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

 

Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311
avatar

Səlcuq Elçin

Oxşar yazılar