Gecə klubunda qıza görə adam bıçaqlayan şəxsə hökm oxunub
11 iyul 2018 17:15 (UTC +04:00)

Gecə klubunda qıza görə adam bıçaqlayan şəxsə hökm oxunub

 

Gecə klubunda qıza görə adam bıçaqlamaqda təqsirləndirilən Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, H.Ağayev 9 il, E.Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum olunublar.

 

Qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Hadisəyə səbəb gecə klubunda müştəri kimi əyləşən Tofiq Mehtiyevin Fatma Abdullayevanın rəqsinə irad bildirməsi olub. Cəbrayıl rayon sakini 24 yaşlı H.Ağayev və Ağdaş rayon sakini 23 yaşlı E.Əliyev T. Mehdiyevi buna görə  bıçaqlayıblar. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Xatırldaq ki, təqsirləndirilən E.Əliyev dostları arasında "Malış" ləqəbi ilə tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Səlcuq Elçin

Oxşar yazılar