[b]Bakıda klinikada ölən uşaqla bağlı RƏSMİ MƏLUMAT[/b]
28 oktyabr 2016 14:21 (UTC +04:00)

[b]Bakıda klinikada ölən uşaqla bağlı RƏSMİ MƏLUMAT[/b]

Bakı şəhər Prokurorluğu 2 yaşlı uşağın əməliyyat zamanı ölməsi faktı ilə bağlı məlumat yayıb. Prokurorluqdan lent.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Nizam Rza

Oxşar yazılar