[b]Bakıda sağlamlıq mərkəzində qadına qarşı CİNAYƏT[/b]
05 iyun 2018 12:29 (UTC +04:00)

[b]Bakıda sağlamlıq mərkəzində qadına qarşı CİNAYƏT[/b]

Bakıda oğurluq etmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Həsənova iyunun 4-də rayon ərazisindəki sağlamlıq mərkəzlərinin birində içərisində 1050 manat, 200 ABŞ dolları və bank kartları olan çantasının oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Ş.Sarıyeva olduğu, oğurladığı pula mobil telefon aldığı müəyyən edilib. Mobil telefon və pulqabı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar