<b>"Bizim Market"ə 2 milyon pul "atan" şəxs: <span style="color:red;">"Vergidən yayınırdıq" </b>
28 mart 2017 17:21 (UTC +04:00)

"Bizim Market"ə 2 milyon pul "atan" şəxs: "Vergidən yayınırdıq"

 “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sahib Quliyev ifadə verib. O, ifadəsində  "Bizim Market"lər şəbəkəsinin maliyyə işlərinə nəzarət edərkən vergidən yayınma halları olduğunu deyib: “Şəbəkəyə 10 market daxil olub. Onların aylıq dövriyyəsi 7-8 milyon olsa da 4 milyon kimi göstərilirdi. Mən də şəbəkənin  bank hesabından 2 milyondan artıq pul götürmüşəm. Buna görə təqsirliyəm. İstintaq vaxtı da 3 min manata yaxın pulu qaytarmışam”.

Qeyd edək ki, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.

R.Salmanov şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. R.Salmanov şikayət ərizəsində onu da qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

 

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Səlcuq Elçin

Oxşar yazılar