Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən daha üç nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin - Fariz Bayramov, İbrahim Sadıqov və Azər Nəzərovun anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 18-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həmin vaxt ümumilikdə 40 nəfər şəxs saxlanılıb. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.
Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilsə də, qarşı tərəf bunu təkzib edib.