“Bandotdel” kazinoda əməliyyat keçirdi
12 aprel 2013 13:44 (UTC +04:00)

“Bandotdel” kazinoda əməliyyat keçirdi

0

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Xırdalan şəhərində kazino-qumarxana aşkarlayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərinin ərazisində şəhər sakini Məhərrəm Aliyarovun icarəyə götürdüyü "Stara Praqa" kafesində kazino-qumarxana təşkil etməsi müəyyən edilib.

Kafeyə baxış zamanı kazino təşkili üçün 11 ədəd kompüter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd modem, uduşa qoyulmuş pul və digər əşyalar aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1116

Oxşar yazılar